Bununla da virusdan ölənlərin sayı 59-a çatıb
Martın 25-də Türkiyədə 5035 insan koronovirus test yoxlamasından keçirilib. Onlardan 561-də COVİD-19 aşkarlanıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, son gündə virusa yoluxanlardan 15 nəfəri həyatını itirib.
Bununla da virusdan ölənlərin sayı 59-a, xəstələrin ümumi sayı isə 2433-ə yüksəlib.