33 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb
Türkiyənin cənub-qərbində sərnişin avtobusu qəzasında biri uşaq olmaqla səkkiz nəfər ölüb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, İzmirdən Antalyaya gedən “Pamukkale Turizm”ə məxsus avtobus Dənizli əyalətinin Sarayköy rayonundakı Dənizli-Aydın avtomobil yolunda qəzaya düşüb. Nəqliyyat vasitəsi səkiyə çırpılıb və daha sonra yanıb.
Avtobus sürücüsü də ölənlər arasındadır.
Bundan əlavə, 33 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün zərərçəkənlər təcili yardım üçün yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.