Türkiyədə ağır qəza: ölənlər və yaralılar var

Dünya

05.09.2024 - 08:07

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin Qaziantep şəhərinin Yavuzeli rayonunda minik avtomobili və yük maşının iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

AYNS xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, qəzada ölənlər yaşı 12 və 15 olan yeniyetmə bacılardır. Məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpması olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş