Türkiyə və İran prezidentlərinin telefon danışığı olub

Xəbərlər

04.06.2025 - 17:41

Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.

Ərdoğan İran Prezidenti Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş