Türkiyə turistləri daşıyan avtobus qəzaya uğrayıb

Dünya

29.05.2026 - 20:44

İstanbuldan Kapadokyaya gedən avtobus qəzaya düşüb: 16 nəfər yaralanıb

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb. AYNA.AZ “Sabah” qəzetinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb.

İstanbuldan Kapadokyaya gedən avtobus qəzaya düşüb.

İlkin məlumatlara görə, sürücü yağışlı yolda idarəetməni itirib. Avtobus maneəyə çırpılıb və qarşı yola çıxıb.

Avtobusda 45 sərnişin, iki sürücü və onların köməkçisi olub. Qəza nəticəsində 16 nəfər yüngül xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, qalan sərnişinlər isə başqa nəqliyyat vasitəsinə təxliyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş