“Türkiyə qarşıdakı illərdə mütləq NATO-dan çıxacaq”

Dünya

09.09.2024 - 14:02

Həkimlər Klinikalar SEO Xidməti

Serhat Lətifoğlu: “Bu, mütləq baş verəcək, biz bunu yaxın gələcəkdə görəcəyik"

“Türkiyə yaxın illərdə mütləq NATO-dan çıxacaq - ya öz təşəbbüsü ilə, ya da məcburi şəkildə”. AYNA xəbər verir ki, bu sözləri Ankaranın BRİKS-ə qoşulmaq niyyətini şərh edən türkiyəli politoloq Serhat Lətifoğlu deyib.

“Bu, mütləq baş verəcək, biz bunu yaxın gələcəkdə görəcəyik", - analitik qeyd edib.

Eyni zamanda, Lətifoğlu bildirib ki, Türkiyə BRİKS-ə qoşularsa, bu, NATO ölkəsinin Assosiasiyaya üzv olmasının görünməmiş nümunəsinə çevriləcək.

"BRİKS və Türkiyənin xarici siyasət və iqtisadiyyatla bağlı əsas prinsipləri tamamilə eynidir", - o əlavə edib.

Qeyd edək ki, Türkiyə BRİKS-də tam iştirak üçün müraciət edib. Avropa Birliyi Türkiyənin qoşulmaq üçün blok seçməkdə sərbəst olduğunu bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş