Ərdoğan: “Azərbaycanlı qardaşlarımız yenidən torpaqlarını qazandı”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb. AYNA xəbər verir ki, Ərdoğan Türkiyənin qardaş Azərbaycanı müharibə müddətində də, sonra da dəstəklədiyini söyləyib.
“Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalətin təzahür etməsi və bölgənin sabitləşməsi təmin olunub. ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi problem 44 gündə həll edildi. Azərbaycanlı qardaşlarımız yenidən torpaqlarını qazandı”, -deyə, Türkiyə lideri qeyd edib.