Türkiyə Prezidenti: "Ölkəmiz dünyadakı qarışıqlıq fonunda sabitlik adası kimi qiymətləndirilir"

Dünya

14.12.2024 - 17:30

Həkimlər Klinikalar SEO Xidməti

Bölgədə və dünyada gedən müharibə və qarışıqlığın fonunda Türkiyə sabitlik adası kimi qiymətləndirilir.

AYNA-nın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.

Ərdoğan bu kimi hadisələrin Türkiyəyə müəyyən təsir etdiyini bildirib: “Amma biz balanslaşdırılmış, ədalətli siyasətlə bütün bu mübahisəli məsələləri uğurla idarə edirik”.

Türkiyə Prezidenti çıxışının sonunda bu gündən etibarən Türkiyənin Dəməşq şəhərindəki səfirliyinin fəaliyyətini bərpa etməsinə də toxunub.

Müəllif: Ayna.az