Türkiyə ordusu Suriyada əməliyyat keçirib, iki terrorçu öldürülüb

Dünya

12.10.2024 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, "Fırat Kalkanı" və "Barış Pınarı" bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.

Bundan başqa, "Pəncə-Kilit" əməliyyat bölgəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara məxsus xeyli sursat ələ keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş