Qətər yığması isə Lüksemburqa minimal hesabla qalib gəlib
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start verilib. AYNA xəbər verir ki, bu günə nəzərdə tutulan 13 qarşılaşmadan ikisi artıq başa çatıb.
G qrupunda Türkiyə millisi evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib. "Ay-ulduzlular"ın heyətində Burak Yılmaz het-trik edib.
Azərbaycan millisinin yer aldığı A qrupunda isə Qətər yığması Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Lüksemburqa minimal hesabla qalib gəlib.
Yeganə qolu 12-ci dəqiqədə Məhəmməd Muntari vurub.