“Liverpul”un əfsanəsi koronavirusa yoluxub

İdman

11.04.2020 - 06:26

“Gözlənilməzdir, amma testin nəticəsi müsbət oldu"

 

Əfsanəvi şotlandiyalı futbolçu və məşqçi Kenni Dalqliş koronavirusa yoluxub.

 

AYNA “Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə İngiltərənin “Liverpul” futbol komandasının mətbuat xidməti məlumat yayıb.

 

69 yaşlı Dalqliş çərşənbə günü xəstəxanaya yerləşdirilib.

 

Klubdan bildirilib ki, Britaniya futbolunun əfsanəsində COVID-19 simptomları olmayıb, lakin onu testdən keçiriblər.

 

“Gözlənilməzdir, amma testin nəticəsi müsbət oldu, xəstəlik simptomlarsız keçir”, - məlumatda qeyd edilir.

Müəllif: Ayna.az