Türkiyə ilə Azərbaycan ortaq hərbi təlim-məşqləri keçirəcək

Xəbərlər

17.01.2021 - 16:39

Məşqlər fevralın 1-dən 12-dək davam edəcək

 

Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan Ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək. AYNA APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq Azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

 

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az