Təsəvvür edin, Ermənistanda Yeni il tətilləri uzansaydı, vəziyyət necə olardı...
Bir köhnə lətifə var. Xəstə həkim qəbulundadır və onların arasında qısa dialoq baş verir.
Həkim: - De görüm, yenə də gözünə cinlər-şeytanlar görünür?
Xəstə rəğbətlə güldü: - Qəribə adamsan e, həkim. Bəli, onları görürəm. İndi də otağınızın künclərində oturublar. Və şapkanızın üstündə də ikisi var...
“Armnet”də İrəvanın mərkəzində, “Marriott” otelinin qarşısında İrandan gələn turistin mahnı oxuması əks olunan videonun yayıldığı xəbərini oxuyandan sonra bu lətifə yadıma düşdü. Yayılan videoda müxtəlif kommentlər var, amma ümumi məna ondan ibarətdir ki, guya İrəvanın mərkəzində bir azərbaycanlı Azərbaycan Prezidenti İlham Əliyevi tərənnüm edən mahnı oxuyur.
Əminəm ki, bir çox ermənilər hansısa zarafatçının qeydləri ilə müşayiət edilən videoya baxıb, şoka düşüblər. Ürəklərinə çaxnaşma düşüb, başlarından “Romadan daha qədim bir şəhərin” tezliklə yıxılacağı barədə dəhşətli fikirlər keçib.
Onlar fikirləşirlər ki, əgər İrəvanın mərkəzində ilk azərbaycanlı qaranquşu oxuyarsa, çox keçmədən orada silahlar da “oxuyacaq” və varçapet Paşinyan başda olmaqla ermənilər yallı rəqsinə başlayacaqlar. Axı, Paşinyan bu işə yaxşı bələddir.
Ümumiyyətlə, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra ən “qədim” insanların psixikasında ciddi pozuntular baş verdi. Daha doğrusu, əqli sapmalar artıq müharibə dövründə müşahidə olunurdu ki, erməni döyüşçülərinin döyüş meydanından biabırçı şəkildə qaçması rəsmilər tərəfindən “taktiki geri çəkilmə” kimi təqdim edilirdi.
Xəstəlik xüsusilə Şuşa şəhərinin azərbaycanlılar tərəfindən qaytarılmasından sonra daha da kəskinləşdi. Şuşa bizdə olanda belə, ermənilər yuxuda görürdülər ki, hələ də oradadırlar.
Gördüyünüz kimi, ruhi xəstəlik xroniki bir təbiət aldı, çaxnaşma dəhşətinə çevrildi. Necə deyərlər, qorxunun gözləri böyük olur.
Bununla belə, qorxuya düşmüş hayları sakitləşdirməyə tələsək. Bu mahnının azərbaycanlılarla heç bir əlaqəsi yoxdur, İran mənşəlidir və turist mahnını farsca oxuyur. Mahnı isə Aliyə adlı qız haqqındadır.
Yaxşı ki, Paşinyan müdrik qərar verib, Yeni il bayramları üçün istirahət günlərinin sayını azaldıb. Təsəvvür edin, Ermənistanda Yeni il tətilləri uzansaydı, vəziyyət necə olardı. Ardıcıl bir neçə gün “Artsax tut ağacı” qalıqlarının daimi qorxu ilə qarışdırılması rusların “belıy qoryaçka” adlandırdıqları diaqnoza gətirib çıxaracaqdı.
Belə olan halda haylar zənn edəcəkdilər ki, İrəvanın mərkəzində təkcə azərbaycanlılar deyil, türklər, pakistanlılar, İŞİD və Əl-Qaidə yaraqlıları da oxuyurlar...