Maskın xalis sərvəti 84 milyard dollar artaraq rekord həddə - 852 milyard dollara çatıb
“Forbes” jurnalının 3 fevral tarixli xəbərinə görə, amerikalı sahibkar və milyarder İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk şəxs olub.
AYNA.AZ-ın məlumatına görə, xəbərdə qeyd olunub ki, " Mask raket və kosmik şirkəti “SpaceX” onun süni intellekt və sosial media şirkəti “xAI”ni əldə etdikdən sonra tarixdə 800 milyard dolları keçən ilk şəxs olub".
“Forbes”in məlumatına görə, ümumi dəyəri 1,25 trilyon dollar olan bir şirkət yaradan bu müqavilə Maskın xalis sərvətini 84 milyard dollar artıraraq rekord həddə - 852 milyard dollara çatdırıb.