Tural Piriyev Naxçıvanda seminar keçib - FOTOLAR

İdman

03.11.2022 - 21:04

Həkimlər Klinikalar SEO Xidməti

İştirakçılara futbolun inkişafına dəstək məqsədilə görülən işlər barədə məlumat verilib

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Naxçıvanda seminar keçib. AYNA xəbər verir ki, seminar futbolun inkişafı, klublara dayanıqlı maliyyə mənbələrinin yaradılması və dəstəyin artırılması mövzusuna həsr edilib.

Muxtar respublikada fəaliyyət göstərən futbol klublarının, idman idarələrinin və yerli klublara sponsorluq edən şirkətlərin nümayəndələrinin iştirak etdiyi seminarda Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev son illər Naxçıvanda futbolun inkişafı məqsədi ilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Futbolun inkişafı fondu ilə əməkdaşlıq muxtar respublikada futbolun inkişafına yeni nəfəs gətirməklə güclü stimul yaradacaq.

T.Piriyev təmsil etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Bildirilib ki, fondun əsas fəaliyyət istiqaməti regionlarda futbol klublarının inkişafına dəstək vermək, klublara dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, futbol irsinin yaradılmasına nail olmaq, cəmiyyətin futbola olan marağını və inkişaf prosesində onların dəstəyini artırmaqdır.

Seminarda T.Piriyev iştirakçılara görüləcək işlər, bu sahənin inkişafına təkan verəcək addımlar və dayanıqlı maliyyə mənbələrinin yaradılması yolları barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Tural Piriyev Naxçıvanda seminar keçib - Tural Piriyev Naxçıvanda seminar keçib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş