İçkinin tərkibində sağlamlığa mənfi təsir göstərə bilən güclü maddə aşkar edilib
“Rospotrebnadzor” Tümen vilayətinin sakinlərinə Türkiyədən arıqlamaq üçün təhlükəli qəhvə - “SltSlimLuxCoffe” barədə xəbərdarlıq edib. Bu barədə AYNA.AZ rus mediasına istinadən bildirir.
Bildirilib ki, içkinin tərkibində sağlamlığa mənfi təsir göstərə bilən güclü maddə aşkar edilib.
Şəhər istehlak bazarı departamentindən deyilib ki, malın mənşəyini izləmək mümkün deyil: istehsalçı və istehsal yeri haqqında məlumat yoxdur.
“Məhsullar texniki reqlamentlərin tələblərini pozur və onların yayılması satıcılar üçün inzibati məsuliyyətə səbəb olur”, - qeyd olunub.