ABŞ Prezidenti Türkiyə lideri ilə müsbət danışıqlar apardığını bildirib
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müsbət telefon danışığı apardığını açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp Davosa yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Ərdoğanla söhbətini şərh edərkən deyib: "Çox yaxşı telefon danışığı idi".
Amerika lideri Türkiyə Prezidenti ilə söhbəti barədə əlavə məlumat verməyib.