Trampdan İranla müharibə barədə bəyanat

Dünya

15.05.2026 - 11:49

“ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam edəcək”

“ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam edəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Hazırda Pekində dövlət səfərində olan Tramp Çin lideri Si Cinpinlə danışıqlarının gedişatını müzakirə edərkən iddia edib ki, Çin lideri onu ikinci müddətində qazandığı uğurlara görə təbrik edib.

Administrasiyasının nailiyyətləri arasında Tramp xüsusilə "Venesuela üzərində hərbi qələbəni, onunla çiçəklənən münasibətləri və İranın hərbi məhvini" qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş