Alyaskada ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb. AYNA.AZ bildirir ki, hərbi bazada hər iki prezident təyyarədən düşərək üzbəüz gələrək görüşüblər.
Putin və Tramp bir-birinin əlini sıxıb və eyni avtomobildə yola düşüblər.
Rusiya və ABŞ prezidentləri fotoqraflara poza vermək üçün dayanıb və yenidən əl sıxıblar. Prezidentlər jurnalistlərin suallarını cavablandırmayıblar. Onlar eyni "Cadillac"a minərək yola düşüblər.
Qeyd olunur ki, Putin üçün Moskvadan “Arus” markalı avtomobil gətirilib.