Tramp və Orban Ukraynanın Aİ-yə daxil olması barədə danışmayıblar

Dünya

21.08.2025 - 13:55

Peter Siyarto: “Nəinki bu mövzu qaldırılıb, ümumiyyətlə, söhbət olmayıb”

ABŞ Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması barədə danışmayıblar. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Nəinki bu mövzu qaldırılıb, ümumiyyətlə, söhbət olmayıb”, - XİN rəhbəri bildirib.

Avqustun 19-da “Bloomberg” məlumat yayıb ki, Tramp Orbana zəng edərək Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyini öyrənib. Nəşr yazıb ki, Avropa ölkələrinin liderləri Ağ Ev rəhbərindən Viktor Orbana “təsir” etməyi xahiş ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş