Tramp və Harris Zelenski ilə görüşə hazırlaşır

Dünya

19.09.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri ABŞ-a səfəri çərçivəsində hazırkı Prezident Co Baydenlə də danışıqlar aparacaq

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris sentyabrın 24-də BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazırlaşır.

AYNA xəbər verir ki, “Reuters” müxbirinin Ukrayna lideri ilə mümkün görüş barədə sualına Tramp “Yəqin ki, bəli” cavabını verib. Lakin o heç bir təfərrüat verməyib.

“Bloomberg”in məlumatlı mənbəsinin sözlərinə görə, Harrisin “xarici siyasət profilini genişləndirmək” üçün Zelenski ilə də görüşü planlaşdırıb.

Zelenski ABŞ-a səfəri çərçivəsində hazırkı Prezident Co Baydenlə də danışıqlar aparacaq.

“Bloomberg” yazır ki, Ukrayna lideri bütün həmsöhbətlərinə Rusiyaya qarşı müharibədə “qələbə planı” təqdim etmək niyyətindədir. Bundan əlavə, agentliyin mənbəsinin sözlərinə görə, Zelenski “NATO və Avropa İttifaqına üzvlükdə, eləcə də iqtisadi və təhlükəsizlik sazişlərində israr edəcək”. Bundan əlavə, Ukrayna Prezidenti daha müasir silahların tədarükü məsələsini müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, sentyabrın 18-də Ukrayna vətəndaşlarına videomüraciətində Zelenski Kiyevin müharibədə “qələbə planının” tamamilə hazır olduğunu söyləyib: “Hər şey hazırlanıb. İndi ən vacibi onu qətiyyətlə həyata keçirməkdir”.

Zelenski vurğulayıb ki, onun planında münaqişənin hər hansı formada dondurulması nəzərdə tutulmur: “Müharibənin dondurulması fikri yoxdur! Yaxud sadəcə olaraq Rusiyanın aqressiyasını başqa mərhələyə keçirəcək hansısa başqa manipulyasiyalara yer yoxdur. Ukraynaya və buna görə də bütün Avropaya etibarlı və uzunmüddətli dəstək lazımdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş