“İnanıram ki, əvvəlkindən daha populyaram"
ABŞ Prezidenti Donald Tramp hazırda populyarlığının zirvəsində olduğunu bəyan edib.
AYNA.AZ xəbər verir ki, ABŞ lideri “Fox News”a verdiyi müsahibədə deyib: “İnanıram ki, əvvəlkindən daha populyaram".
Tramp respondentlərin 100 faizinin onu dəstəklədiyini iddia etdiyi bir sorğuya istinad edib.
Qeyd edək ki, 17-20 mart tarixləri arasında keçirilən CBS sorğusuna görə, Amerika liderinin ümumi bəyənmə reytinqi 40%-də qalır. Lakin amerikalıların yalnız 38%-i Trampın İranla bağlı hərəkətlərini bəyənir, 64%-i isə onun fəaliyyətinin ölkə iqtisadiyyatına təsirindən narazıdır. CBS sorğusunda 3300-dən çox insan iştirak edib.