ABŞ Prezidenti hərbi rəhbərliklə görüşdən qayıtdıqdan dərhal sonra müraciətlə çıxış edəcək
ABŞ Prezidenti Donald Tramp bu gün ölkənin hərbi rəhbərliyi ilə görüşdən qayıtdıqdan dərhal sonra Ağ Evin Oval Ofisində müraciətlə çıxış edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bəyanatın mövzusu açıqlanmayıb.
Adminstrasiyanın məlumatında qeyd edilib ki, Prezident saat 11:00 (Bakı vaxtı ilə 19:00) bəyanatla çıxış edəcək.
Müraciət Trampın Virciniya ştatının Quantico səfərindən sonra olacaq, burada o, müdafiə naziri Pit Heqset və yüzlərlə amerikalı general və admiralla görüşəcək.