“ABŞ-İran danışıqları davam edir və yaxşı gedir”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyəti həll etmək üçün planının olmaması iddialarını rədd edib. AYNA.AZ xəbər verir ki, onun çıxışının səs yazısı “C-Span” portalında dərc edilib.
"Mənim ən yaxşı planım var, amma sizə planımın nə olduğunu deməyəcəyəm", - deyə Amerika lideri bildirib.
Onun sözlərinə görə, “ABŞ-İran danışıqları davam edir və yaxşı gedir. Vitse-prezident J.D.Vens və xüsusi nümayəndə Stiv Uitkoff iştirak edir”.
Daha əvvəl Tramp İranın bir gecədə məğlub edilə biləcəyini və həmin gecənin "sabahdan tez ola biləcəyini" söyləmişdi.