“Vaşinqton nüvə danışıqlarının bərpasına hazırdır”
“İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək istəyir. Vaşinqton nüvə danışıqlarının bərpasına hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Onlar danışıqlar istəyir, həqiqətən də danışıqlar istəyirlər. Biz tələsmirik. Çünki biz dedik ki, razılıq əldə oluna bilərdi. Onlar razılaşmalı idilər, sonra biz onları bir neçə yerdə bombaladıq", - amerikalı lider bildirib.
"Amma onlar danışıqlar aparmaq istəyirlərsə, biz hazırıq", - Ağ Evin rəhbəri vurğulayıb.
“Axios” çərşənbə axşamı mənbələrə istinadən xəbər verib ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər. Əks halda Tehran "sərt sanksiyalarla üzləşəcək".