Tramp: “İran ABŞ ilə atəşkəs rejiminə əməl etməlidir, əks halda...”

Dünya

09.04.2026 - 14:29

Amerika lideri İranı ABŞ ilə atəşkəs rejiminə riayət etməyə çağırıb

“İran ABŞ ilə atəşkəs rejiminə əməl etməlidir. Əks halda "böyük atəşkəs" başlayacaq”. AYNa.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial media platforması “TruthSocial”da yazıb.

“Əgər hər hansı bir səbəbdən bu baş verməsə - bu, çox az ehtimal olunur - onda heç kimin görmədiyi qədər böyük, daha yaxşı və daha şiddətli “atəşkəs” olacaq" deyə yazıb və qeyd edib ki, "əsl razılaşma" əldə olunana qədər bütün gəmilər və qoşunlar İranın ətrafında qalacaq.

Tramp əlavə edib ki, “İranın nüvə silahı olmamalıdır” və “Hörmüz boğazı açıq və təhlükəsiz olacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş