Yeni Prezident Pit Heqseti Florida qubernatoru ilə əvəzləmək imkanını nəzərdən keçirir
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Florida ştatının qubernatoru Ron DeSantisin daha əvvəl ABŞ Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Pit Heqseti əvəz etmək imkanını nəzərdən keçirir. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.
“Yeni seçilmiş prezident Donald Tramp Florida qubernatoru Ron DeSantisi onun Pentaqona başçılıq etmək üçün seçdiyi Pit Heqseti mümkün əvəzləyici kimi nəzərdən keçirir”, nəşr qeyd edib.
Jurnalın yazdığına görə, Tramp həm respublikaçı senatorlar, həm də demokrat konqresmenlər Heqsetin namizədliyindən narazı olduqları üçün kabinetdə növbəti dəyişiklik barədə düşünür.