“Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə, ölkəni idarə edə bilməyəcək”
ABŞ Prezidenti Co Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə, ölkəni idarə edə bilməyəcək. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.
Qeyd edək ki, iyulun 21-də Bayden prezident seçkilərində namizədliyini geri götürüb. O, bəyanatında bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib.
Eyni zamanda, Bayden səlahiyyət müddətinin sonuna qədər prezident vəzifəsini icra edəcəyini bildirib.