Həmin vaxt ABŞ-ın özündə COVID-19 testlərinin kəskin çatışmazlığı yaşanıb
ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2020-ci il pandemiyasının qızğın vaxtında şəxsi istifadəsi üçün Rusiya Prezidenti Vladimir Putinə gizli şəkildə COVID-19 testləri göndərib. AYNA xəbər verir ki, “The Washington Post” bu barədə araşdırmaçı jurnalist Bob Vudvordun yeni kitabından hissəyə istinadən məlumat yayıb.
Vudvordun sözlərinə görə, Tramp bu addımı Moskva ilə Vaşinqton arasında münasibətləri yaxşılaşdırmaq cəhdinin bir hissəsi kimi qiymətləndirməyə qərar verib. Halbuki ABŞ-ın özündə bu müddət ərzində COVID-19 testlərinin kəskin çatışmazlığı yaşanıb.
“Telefon danışıqları zamanı Putin şəxsən Trampa ABŞ-da çatışmayan avadanlığın Moskvaya göndərilməsi ilə bağlı məlumatın açıqlanmasının nəticələri barədə xəbərdarlıq edib”, - nəşr yazır.
Göndərilən testlərin sayı barədə məlumat verilməyib.