Tozlu hava şəraiti davam edəcək

Xəbərlər

09.03.2020 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Toz-dumana səbəb arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxmasıdır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir.

 

AYNa-ya Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

 

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

 

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş