Tovuzda zəhərlənən 36 nəfər evə buraxılıb

Xəbərlər

26.06.2025 - 10:52

cedabet dərman SEO Xidməti

İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

AYNA.AZ "Report"a istinadən xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Artıq "022" dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş