Bir azyaşlı olmaqla 6 nəfər xəsarət alıb
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2017” ilə “OPEL” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1-i azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir.
Xəsarət alanlar 2006-cı il təvəllüdlü B.Huseynov,1982-ci il təvəllüdlü A.Əliyev, 1978-ci il təvəllüdlü E.Ələsgərov, 2006-cı il təvəllüdlü R.Qasımov, 2009-cu il təvəllüdlü H.Abdullayev və 2020-cı il təvəllüdlü R.Rüstəmovdur.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.