Tovuzda əkin sahələrini yandırmaqda şübhəli bilinənlər saxlanılıb

Hadisə

27.07.2025 - 10:19

Biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA.AZ-a verilən məlumata görə araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

Hadisənin törədilməsində şübhəli bilinən İ. Məmmədov və R. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş