Tovuzda döyüş, Bakıda təxribat

Cəmiyyət

13.07.2020 - 19:45

Və ya provokatorların kamminq-autu

 

Antonio Banderas və Vudi Harrelsonun rol aldığı “Beat Bone” (“Sümüyə vur”) adlı komediya elementləri ilə zəngin idman dramında maraqlı bir dialoq var. Filmdə senzuranın bu formada səslənməsinə icazə verdiyini nəzərə alaraq, onu redaktə etmədən və yumşaltmadan bütövlükdə verəcəm: “İnsan minlərlə körpü tikə bilər, amma bunu edən şəxs başqasının cinsiyyət üzvünü bir dəfə ağzına alarsa, o zaman nəsillərinin yaddaşında o şəxs böyük bir memar kimi deyil, məhz bu addımı ilə qalacaq”.

 

Bu ifadə mənim yadıma xaricdə məskunlaşan, hər gün yalan və axmaqlıqlarla dolu videolar yayımlayan və özlərini "siyasi bloger" adlandıran təxribatçıların hərəkətləri ilə əlaqədar olaraq düşdü. Bir daha əmin oldum ki, sağlam bir insanın ölməsini iddia etmək onlar üçün su içimi kimi bir şeydir. Zəif səhhətinə görə ölən insanların ölümünün sadəcə dəhşətli versiyalarını tirajlayaraq, həyasızcasına yalan danışmağa hazır olduqlarına, uzun müddətdir davam edən və dəfələlə təkzib olunan şayiələri etibarlı fakt kimi təqdim etməyə çalışmalarına dəfələrlə əmin olmuşam. Nəhayət, ən azı bir dəfə bu yalançıları dinlədikdən sonra onların “siyasi blogerlər” statusuna iddialarının tamamilə əsassız olduğundan əmin ola bilirsən.

 

Dəhşətli cahilliyi, ibtidai təfəkkürü və ümumi aşağı mədəniyyət səviyyəsi onların yalnız boş hay-küyçü statusuna iddia edə biləcəklərindən xəbər verir. Siyasi bloger, mənim anlayışımda, Viktor Şenderoviç, Aleksandr Nevzorov, İgor Yakovenkodur. Onların hamısı ən yüksək zəkaya, ensiklopedik biliyə sahib insanlardır. Onlar indiki Rusiya hökumətinə müxalifdirlər, amma heç vaxt tənqidlərində yalana yer vermir, “arqument” olaraq and içməyə daha az meyl edirlər. Bu düşüncə nəhənglərini, ayaqüstü yaranan internet kanallarının canlı yayımlarında gündəlik cəfəngiyyat söyləyənlərlə müqayisə etmək qəbuledilməzdir. Amma yenə də bu bəylər parlaq analitiklərlə eyni statusa iddia edirlər.

 

Əslində, bu bəylərin iddialarına göz yummaq da olardı. Çox da ki, kim özünü necə adlandırır. Elə kişilər var ki, qadın kimi geyinir, özlərinə qadın adları qoyurlar. Ancaq dünən bütün bu sonsuz karnaval, diqqətə layiq olmayan fəndlər əyləncə libasından çıxdı və diqqət çəkən amilə çevirildi. Dünən bu gerizəkalı təxribatçıların kütləvi çəkildə kaminq-autu baş verdi. Bütün bu aşağı təxribatçılardan bir kollektiv var idi. Bu hadisə iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonundakı mövqelərinə artilleriya qurğularından atəş açılmasından sonra reallaşdı.

 

Erməni tərəfinin bu təxribatına sərt, ayıldıcı cavab verildi. Təəssüf ki, ordumuz da itki verdi – şəhidlərimiz və yaralılarımız var. Şəhidləri Tovuz qarşıladı. Vətəni uğrunda canını verən qəhrəmanlara yaraşan bir qarşılama oldu! Dünən biz həm də  Qarabağ müharibəsi veteranları ilə yanaşı, gənclər də daxil olmaqla cəbhə bölgələrinə getməyə can atan könüllüləri gördük. Sonda xaricdə yaşayan azərbaycanlıların birlik və qisas çağırışlarını gördük.

 

Bəs hay-küyçü provokatorlar özlərini necə apardılar? "Bütün Bakı ayağa qalxdı" iddiası ilə efirə qışqırmağa başladılar. Bu təxribatçıların nə çəkdiyini bilmirəm, amma paytaxt sakinləri belə bir primitiv yalandan şoka düşmüşdülər.

 

Lakin məsələ yalnız yalanlarla məhdudlaşmırdı. Təxribatçı çağırışlar başladı. Üzü saqqallı provokator “Bu, son şansımızdır! Əli Kərimliyə, digər partiyaların liderlərinə müraciət edirəm. İnsanları Azadlıq meydanına aparın! Polis postlarını süpürün, bütün abidələri sökün!", - deyə qışqırırdı. Özlərini "siyasi blogerlər" adlandıran silahdaşları da oxşar çıxışlar etdilər.

 

Yəni, ordumuzun Tovuz bölgəsində erməni tərəfinin təxribatına qarşı çıxdığı anda açıq şəkildə Bakıda daxili siyasi destabilizasiyaya çağırış etdilər. Belə variantlara onilliklər əvvəl hakimiyyətə can atan siyasi təxribatçılar məşğul olurdular.

 

Azərbaycan ordusu güclüdür və düşmənə sarsıdıcı zərbələr endirməyə qadirdir. İndi Azərbaycanda siyasi sabitlik hökm sürür və onu yalnız dövlətimizin və xalqımızın düşmənləri pozmaq xəyalındadırlar. Özlərini “siyasi bloger” adlandıran “əcnəbilər” də bu qəbildən olanlardır.

 

Onlar istədikləri qədər boş soyuducularını göstərə, pulsuzluqdan şikayətlənə və yaşadıqları xarici ölkələrdə tualet yumaq  məcburiyyətindən danışa bilərlər. Axmaq fikirlər yaymaqla özlərinin guya ki, məlumatlı oldularını, şüur və məntiqlə dost olmalarını göstərməyə çalışırlar. Obrazlı desək, "onlar çox sayda körpü tikə bilərlər", lakin ordumuzun erməni işğalçıları ilə vuruşduğu bir zamanda xalqın yaddaşında belə təxribatçı müraciətləri ilə qalacaqlar, memar kimi yox...

Müəllif: Əkbər Həsənov