Yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın yerli mediaya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Düzqırıqlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb.
Qəza nəticəsində 6 nəfər – 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.