Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

18.02.2022 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda bu istiqamətdə vəziyyət sabitdir

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə AYNA Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş