Bir neçə mənzilə ziyan dəyib
Bakının “Torqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb. Bu barədə AYNA Oxu.Az-a istinadən bildirir. Sakinlər deyiblər ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib.
“Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”, – deyə bildirilib.
Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.