Qazaxıstan Prezidenti Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev martın 11-də Azərbaycana dövlət səfəri edəcək. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində Tokayev Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq, eyni zamanda, Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.