Tiflisdə etiraz aksiyaları yenidən başlayıb

Dünya

07.12.2024 - 00:11

Həkimlər Klinikalar SEO Xidməti

Rustaveli prospektində avtomobillərin hərəkəti dayanıb

Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyaları yenidən başlayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti dayanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlament binasının qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tiflisdə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

Müəllif: Ayna.az