Tiflis polisi Əfqan Sadıqovu saxlayıb

Xəbərlər

05.04.2026 - 11:59

Azərbaycana deportasiya olunub

Tiflis polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

Tiflis Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş