Baş Nazir qərar imzalayıb
Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
AYNA-nın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Dəyişikliyə əsasən, tibbi maskaların hazırlanması üçün istifadə edilən xammal 2022-ci il dekabrın 31-dək gömrük rüsumdan azad edilib.