Dalğıc-xilasedicilər axtarışlara cəlb olunublar
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Qeyd edək ki, kanalda batan rayon sakini 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevadır.