Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılıb

Xəbərlər

28.01.2021 - 12:18

Bu müddətədək vətəndaşlar nazirliyin Telefon Məlumat Mərkəzindən, yaxud nazirliyin elektron resurslarından yararlana bilərlər

 

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il  tarixinədək fəaliyyətini dayandırır.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

 

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş