Təcili tibbi yardım gücləndirilmiş iş rejiminə keçir

Xəbərlər

07.02.2020 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

Hər bir çağırışa çevik cavab veriləcək

 

Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan Parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. AYNA-ya bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

 

Məlumatda bildirilib ki, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək: "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq".

 

"Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş