Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək
Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı informasiyalar yayılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən isə bildirilib ki, xəbərdə qeyd olunanlar həqiqəti əks etdirmir.
AYNA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumatda deyilir: "İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə, İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa (İranın Culfa şəhəri) və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək.