TƏBİB-dən qayçı şoku barədə rəsmi açıqlama

Xəbərlər

14.01.2020 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

"Əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib"

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı məlumatalara münasibət bildirib.

 

AYNA-ya TƏBİB-dən verilən məlumata görə, pasient ötən il iyul ayının 2-də Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub.

 

"2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb", - deyə qeyd olunub.

 

TƏBİB-dən verilən məlumata görə, hadisədə təqsirli bilinən şəxslər cəzalandırılıb: "Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib". 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş