Hadisə nəticəsində 2 pilot ölüb
Taylandda AT-6 qırıcı təyyarəsi qəzaya uğrayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hadisə Çianq May bölgəsində baş verib.
Qəza nəticəsində pilotların hər ikisinin öldüyü bildirlir.
Qeyd edək ki, Tayland ABŞ istehsalı olan AT-6 təyyarələrinin alışı üzrə 2021-ci ildə müqavilə imzalayıb. Bu tip təyyarələr 2024-cü ildən Tayland Hərbi Hava Qüvvələrinin istismarındadır.