Tarix Muzeyində Vətən müharibəsi ilə bağlı fond yaradılıb

Xəbərlər

04.02.2021 - 18:17

Muzey döyüşdən qalan xatirə əşyalarını qəbul edir

 

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb. AYNA xəbər verir ki, bu barədə Tarix Muzeyindən bildirilib.

 

Qeyd edilib ki, muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, eləcə də müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.

Müəllif: Ayna.az