Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Xəbərlər

16.02.2022 - 10:57

cedabet dərman SEO Xidməti

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Göygöl Rayon Prokurorluğundan AYNA-ya verilən məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş