Taleh Kazımov bank rəhbərlərini toplayıb

İqtisadiyyat

29.07.2025 - 12:45

Mərkəzi Bankın sədri bank rəhbərləri ilə strateji prioritetləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bank rəhbərləri ilə görüşüb. AYNA.AZ bildirir ki, sədr bu barədə özünün "X" hesabında yazıb.

Bank sədri bildirilib ki, Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirilib. Görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub.

"Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik", - baş bankir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş